Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

21 yanvar 2016 | 16:00

Yanvarın 20-də Sumqayıt şəhər  Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin 26-cı  ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
     Şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının, sənaye müəssisələrinin, təşkilat və idarələrin rəhbərləri, habelə Sumqayıt ictimaiyyətinin nümayəndələri ümumxalq hüzn günü şəhidlərin xatirəsinin anma mərasimində iştirak etmişlər. Şəhidlərin xatirəsinə ucaldılmış 20 Yanvar abidəsi qarşısındakı Əbədi məşəl önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
      Sonra mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında olmuş, şəhidlərin məzarları üzərinə qərənfillər düzmüşlər.
       Saat 12:00-da şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları verildi.
      20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Keçmiş Sovet İmperiyası ordusu  qarşısına silahsız,  əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Ulu öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1993-cü ildə 20 Yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Bu gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün şəhid ailələrinin problemlərini daim diqqətdə saxlayır və bunun üçün məqsədyönlü tədbirlər həyata keçirir.

Keçidlər