Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda "Rənglərin aləmi" adlı rəsm sərgisinin açılış mərasimi keçirilib

15 dekabr 2015 | 16:00

Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər  Mədəniyyət və Turizm İdarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Sumqayıt rəssamlarının əsərlərindən ibarət "Rənglərin aləmi" adlı sərgiyə start verilib. Sərgidə müxtəlif texnikalarda işlənmiş sənət əsərləri nümayiş olunur. Bir həftə davam etdirilməsi nəzərdə tutulan sərginin ekspozisiyasında tamaşaçılara yerli rəssamların 103 təsviri sənət nümunəsi təqdim olunub. Sərginin açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov iştirak edib. İcra başçısı rəsm əsərlərinə tamaşa edib, sərgidə nümayiş olunan əsərlərin müəlliflərini təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.
  Sərgini giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov qalereyaya təşrif buyuran qonaqları salamlayaraq rəhbərlik etdiyi sahəyə xüsusi diqqət ayırdığı üçün İcra başçısının səmərəli fəaliyyətini təqdir edib və kollektiv adından ona öz minnətdarlığını bildirib.
  Rəssam Nəsibə Şükürova çıxış edərək Sumqayıtın mədəni həyatında baş verən yeniliklərə, xalqımızın mədəni irsinə göstərdiyi diqqət və qayğıya görə şəhər İcra Hakimiyyəti başçısına təşəkkür edib.
   Tədbirdə şəhərin 3 saylı S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbinin şagird və müəllim kollektivi müxtəlif klassik musiqi nömrələri ilə çıxış ediblər.

Keçidlər