Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub

12 dekabr 2015 | 16:00

Müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri, ölkəmizin aydın sabahı naminə həyatını belə əsirgəməyən Heydər Əliyevin əbədiyyətə qovuşmasından 12 il keçir. Sumqayıt şəhərində müstəqil Azərbaycanın simvoluna çevrilən, ölkəmizin  taleyində misilsiz rol oynamış ümummilli lider Heydər Əliyevin anım günü Ulu öndərin abidəsinin ziyarəti ilə başladı. Dekabrın 12-də minlərlə şəhər sakini Sumqayıtın mərkəzində ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, dahi liderin xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbirində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov,  Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhərin təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, məktəblilər, müəssisə və təşkilatlarda çalışan insanlar, veteranlar iştirak ediblər.
Sumqayıtlılar xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısını həmişə hiss etmişlər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənaye strukturlarının formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində onun müstəsna əməyi vardır. Siyasi hakimiyyəti dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixində əlamətdar hadisə olmuşdur. Ulu  öndər səfərlər zamanı şəhərin problemləri ilə maraqlanması, tövsiyə və tapşırıqlarını verməsi hər bir sumqayıtlının qəlbində silinməz izlər buraxmışdır. Bu səfərlər şəhərin tarixi salnaməsinin ən parlaq və unudulmaz səhifələrindəndir.
Meydanda quraşdırılan monitorda Heydər Əliyevin Sumqayıta səfərlərindən kadrlar göstərilib, dahi liderə həsr olunan şeirlər və mahnılar səsləndirilib.

Keçidlər