Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Azərbaycanın kimya sənayesinin yaranmasının 70 illik yubiley tədbiri keçirilib.

02 noyabr 2015 | 16:00

Sumqayıtda Azərbaycanın kimya sənayesinin yaranmasının 70 illik yubileyi münasibətilə "Azərikimya" İstehsalat Birliyinin binasında tədbir keçirilib.Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov,  “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev, SOCAR rəhbərliyinin nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.SOCAR prezidenti Rövnəq Abdullayev iştirakçıları, Sumqayıt şəhər ictimaiyyətini Azərbaycanda kimya sənayesinin 70 illik münasibətilə təbrik edib.Azərbaycan Prezidenti İlham Əliyevin yubiley münasibətilə kimyaçıların bir qrupunu ali dövlət mükafatı ilə təltif edilməsini kimyaçılara göstərilən daimi diqqət və qayğının təzahürü kimi qiymətləndirmiş R.Abdullayev bildirib ki, neft kimyaçıları Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsində fədakarlıqla çalışacaqlar.Sonra isə AMEA prezidenti Akif Əlizadə və Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış ediblər. Tədbirdə uzun illər kimya sənayesində çalışmış qabaqcıl kimyaçılara müxtəlif mükafatların təltif edilməsi mərasimi keçirilib.

Keçidlər