Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində 2015-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

26 oktyabr 2015 | 16:00

      Sumqayıt şəhər İcra Hakimiyyətində keçirilən, Şəhər rəhbərliyi, Milli Məclisin deputatları,şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin şəhər ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov cari il oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

İclasda Sumqayıt şəhər İcra Hakimiyyətinin baçısının birinci müavini və idarə rəhbərlərinin hesabatları dinlənildi. Sonda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov son bir ayda görülən işlərlə  yanaşı həm də mövcud problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, şəhərdə aparılması nəzərdə tutulan abadlıq işləri barədə məlumat verərək idarə rəhbərlərinə tapşırıqlar verdi.

 

Keçidlər