Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

26 fevral 2022 | 16:00

Anım tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, .şəhid ailələri və qazilər, Sumqayıtda yaşayan xocalılılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda məskunlaşan Xocalı sakinləri ilə görüşərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırım cinayətlərdən biri olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisasının alındığı, qanlarının yerdə qalmadığı bildirilib.

Keçidlər