Sumqayıt şəhərində şəhid ailələri diqqət mərkəzində saxlanılır
Ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.
Sumqayıt şəhərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş hərbçilərimizin ailələri diqqət mərkəzində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri ilə bağlı işçi qrup fəaliyyət göstərir. Şəhər rəhbərinin sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri mütəmadi olaraq şəhid ailələrini və qaziləri ziyarət edir, onların qayğıları ilə maraqlanır.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov və İcra hakimiyyətinin əməkdaşları “Qarabağ” ordenli şəhidlərimizin -Azərbaycan Silahlı Qüvvələrinin mayoru Taleh Kərimovun və Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimovun şəhadətə yüksəlməsinin ildönümü ərəfəsində onların ailələrini ziyarət ediblər. Şəhər rəsmiləri şəhid ailələrinin qayğıarı ilə maraqlanıb və şəhidmizin əziz xatirəsini ehtiramla yad ediblər.
Vurğulanıb ki, Sumqayıt şəhərində şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, ehtiramla anılır. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atılır. 510 şəhidimizin uyuduğu Sumqayıtın şəhidlər xiyabanında hazırda yenidən qurulur və Zəfər bayramı ərəfəsində burada həyata keçirilən yenidənqurma işləri yekunlaşacaq.
Hər iki şəhidin ailə üzvləri dövlətin diqqət və qayğısından razılıqlarını bildirib, ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə ediblər.