Sumqayıtda Əlaqələndirmə Mərkəzinin üzvləri şəhid anasını ziyarət edib
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş hərbçilərimizin ailələri və qazilər Sumqayıt şəhərində diqqət mərkəzində saxlanılır. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə işin operativ və effektiv təşkili məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi fəaliyyətini uğurla davam etdirir.
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və mərkəzin digər üzvləri şəhid polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun anasını ziyarət ediblər. Əlaqələndirmə Mərkəzinin üzvləri şəhid anasının qayğıları ilə maraqlanıblar.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan topraqlarımız işğaldan azad olunub. Ramiz Cəfərov kimi qəhrəman hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaət nəticəsində 44günlük Vətən Müharibəsində Azərbaycan qələbə qazanmışdır.
Şəhid anası dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə razılığını ifadə edib, övladı Ramiz Cəfərovun həyat yolundan danışıb.
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi şəhid anasının ehtiyaclarını öyrənib, ailəyə televizor və soyuducu təqdim olunub. Bildirilib ki, bundan sonra da şəhidimizin anası hər zaman diqqət mərkəzində saxlanılacaq.