Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda qazilər daim diqqət mərkəzində saxlanılır

20 oktyabr 2021 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Əlaqələndirmə Mərkəzi şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin sosial problemlərinin həllini, məşğulluğunu və sağlamlıq vəziyyətini diqqət mərkəzində saxlayır.

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və şəhər İcra Hakimiyyətinin əməkdaşları Birinci Qarabağ müharibəsi əlili Allahverdiyev İlqar Bünyad oğlunun evində olub, ailənin qayğıları, qazinin səhhəti, müalicələrinin gedişi ilə maraqlanıblar.

Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış qazilərimiz Sumqayıt şəhərində diqqət mərkəzində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Əlaqələndirmə Mərkəzi məhz bu məqsədlə yaradılıb və yarandığı qısa müddət ərzində nəzərəçarpacaq işlər görmüşdür.

Qazi İlqar Allahverdiyevin həyat yoldaşı Səbinə Allahverdiyeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Keçidlər