Sumqayıtda Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə yaradılmış Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin iclası keçirilib.
Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev Vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qeyd edib ki, son vaxtlar ərzində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin həm maddi təminatının yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində müntəzəm olaraq tədbirlər keçirilməsinə baxmayaraq, hələ də bu istiqamətdə çoxlu işlər görülməlidir. Tədbirdə bildirilib ki,Vətən müharibəsi zamanı şəhid olmuş ailələrin üzvlərinin, qazilər və digər imtiyazlı kateqoriyadan olan əhalinin şəhər ərazisində fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmasında qarşıya çıxa bilən problemlər tam aradan qaldırılmalıdır.Bununla yanaşı, şəhid ailələri və müharibə iştirakçılarının sosial problemlərinin yaxşılaşdırılması tədbirləri çərçivəsində onlarla mütəmadi olaraq toplantılar, fərdi görüşlər keçirilməli, gündəlik qayğıları ilə maraqlanmalı, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn əhəmiyyətli işlər görülməlidir.
Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılıb. Bildirilib ki, Əlaqələndirmə Mərkəzi məşğulluqla bağlı müvafiq tədbirlərin icrası təmin edəcək, işsiz əhalidən daxil olan məlumatlar əsasında müvafiq təkliflərin işlənib hazırlanması və zəruri tədbirlərin həyata keçirilməsini təşkil edəcək.
Onu da diqqətə çatdıraq ki, belə ki,7 saylı ərazi Məşğulluq mərkəzi tərəfindən 48 nəfər həssas kateqoriyadan olan insan işlə təmin olunub.130 nəfər özünəməşğulluq proqramına cəlb edilib.Kiçik ailə biznesini yaratmaq üçün mal-materialla təmin olunub.Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə “Məşğulluq marafonu” çərçivəsində Sumqayıtda 19 müəssisə üzrə 25 vakant yer elan olunub.6 nəfər işlə təmin edilib.Sosial iş yerlərində əmək haqqlarının bir hissəsinin maliyyələşdirilməsi proqramı çərçivəsində işlə təmin olunan hər bir vətən müharibəsi iştirakçısının maaşının 50%-i,Şəhidlərin həyat yoldaşlarının maaşının 100%-i Məşğulluq agentliyi tərəfindən ödənilir.Əgər hər bir sahibkar Məşğulluq marafonunda iştirak etsə,Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı daha da asanlaşar.