Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda şəhid general-mayor Polad Həşimovun xatirə abidəsinin və barelyefinin açılışı oldu

15 iyul 2021 | 16:00

Xatirə abidəsi şəhid generalın yaşadığı 13-cü mikrorayonda yaşadığı binanın qarşısında inşa edilib.
Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Ombudsman Səbinə Əliyeva, millət vəkilləri Müşfiq Məmmədli, Emin Hacıyev,qqq Polad Həşimovun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılışdan sonra abidəyə gül-çiçək dəstələri qoyulub, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilib.
Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
¹1Tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti vurğulanıb.
Çıxışçılar Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan  danışıblar.
Sonra Sumqayıtda Polad Həşimovun adını daşıyan küçədə barelyefinin açılış mərasimi keçirilib.
Qeyd edək ki, Polad Həşimov Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə bitirən P. Həşimov taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksəlib.
Polad Həşimov 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Keçidlər