Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov obyektlərdə monitorinq keçirdi

03 aprel 2021 | 16:00

Sumqayıt şəhərində xüsusi karantin rejimi ilə bağlı mütəmadi olaraq reydlər davam etdirilir.  Şəhər ərazisində Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir.

Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə Sumqayıt şəhərində mobil qruplar yaradılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin, Şəhər Polis İdarəsinin,  Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və şəhər bələdiyyəsinin əməkdaşlarından ibarət mobil qruplar vasitəsilə şəhər ərazisində maarifləndirmə işləri aparılır.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının rəhbərləri  və şəhərdə yaradılan mobil işçi qrupun üzvləri şəhər ərazisində fəaliyyət göstərən marketlərdə və  fəaliyyətlərinə  icazə verilmiş digər obyektlərdə növbəti monitorinq həyata keçirib.

Monitorinq  zamanı Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsinin vəziyyəti yoxlanılıb, mövcud çatışmazlıqlarla bağlı cavabdeh şəxslərə xəbərdarlıq edilərək müvafiq göstərişlər verilib.

Reydlər zamanı şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılıb, karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi vurğulanıb.

 

Keçidlər