Sumqayıt şəhərində 15 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya xidmətləri ilə tanış olmaq üçün media-tur təşkil edilib.
Media nümayəndələri Sumqayıt Reabilitasiya Mərkəzində qazilərlə bağlı aparılan reabilitasiya prosesini izləyiblər.
Bildirilib ki, Vətən müharibəsindən sonra 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib. Bundan başqa qazilərin yüksək texnologiyalı protezlərlə təminatına başlanılıb və artıq 15 hərbçi bu protezlərlə təmin edilib.
Qeyd olunub ki, müharibədə yaralanmış hərbçilər mərkəzdə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiyaya cəlb olunurlar. Müəssisə il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərmək imkanına malikdir.