Sumqayıt şəhərində şəhid ailələri diqqət mərkəzində saxlanılır
Ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.
Sumqayıt şəhərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş hərbçilərimizin ailələri diqqət mərkəzində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri ilə bağlı işçi qrup fəaliyyət göstərir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları mütəmadi olaraq şəhidlərimizin və qazilərimizin ailələrini ziyarət edir, qayğıları ilə maraqlanır.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə ərzaq və maddi yardımlar təqdim olunub. Qeyd edək ki, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan şəhidlərimizin qəbirüstü daşları Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanıb və bu istiqamətdə işlər hazırda da davam etdirilir.
Allah şəhidlərimizə rəhmət eləsin!