Sumqayıtda Vətən müharibəsinin qaziləri ziyarət olunub
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı işçi qrup fəaliyyət göstərir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları növbəti dəfə Vətən müharibəsində yaralanmış qazilərimizin evlərində olub, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qazi ailələrinə ərzaq və maddi yardımlar çatdırılıb. Görüşdə qaldırılan məsələlər yerindəcə həll olunub.
Qazilər və ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.