Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində könüllülər sakinlərə tibbi maskalar paylayıblar

21 may 2020 | 16:00

Sumqayıt şəhərində koronavirusa qarşı mübarizə tədbirləri davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, qabaqlayıcı tədbirlər həyata keçirilir.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.  Komissiya tərəfindən ilk gündən etibarən şəhər sakinləri arasında maarifləndirici tədbirlər həyata keçirilməyə başlanılıb. Bugün də şəhər ərazisində aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl olunmasına ciddi şəkildə nəzarət həyata keçirilir.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində sosial aksiyalar da həyata keçirilir. Bugün növbəti dəfə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən aksiyada Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin gənc könüllüləri sakinlərlə maarifləndirici söhbətlər aparıb, tibbi maskadan istifadə etməyin vacibliyini qeyd ediblər və  sakinlərə tibbi maskalar paylayıblar.
Şəhərin müxtəlif ərazilərində həyata keçirilən aksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Keçidlər