Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər sakinlərinə koronavirusla bağlı müraciət

12 mart 2020 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb. Komissiya şəhər sakinlərinə müraciət edib.

Hörmətli şəhər sakinləri,

Məlum olduğu kimi, 2019-cu ilin dekabr ayından Çinin Uhan şəhərində ilk qeydə alınan Koronavirus epidemiyası dünyanın 100-dən çox ölkəsində qeydə alınıb və yayılmaqdadır. Ölkəmizdə, eləcə də şəhərimizdə Koronavirusa qarşı aparılan tədbirlər ən yüksək səviyyədə davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır.

Şəhərimizdə Koronavirus epidemiyasına yoluxmanın və yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə aşağıdakı tövsiyyələri nəzərə almağınız sizdən xahiş olunur:

1.Ev şəraitində əsas proflaktik tədbirlərə ciddi riayət edin ( sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə te-tez əllərinizi yuyun, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmasda olmayın)

2.Özünüz və ailə üzvləriniz insanların sıx toplaşdığı yerlərə(ticarət və əyləncə mərkəzlərinə, parklara, meydanlara, şənlik mərasimlərinə və s. ) hər hansı kütləvi tədbirlərə, ekskursiyalara və ya səyahətə getməkdən çəkinin.

3.Televiziya kanallarında bu təhlükəli epidemiya ilə bağlı maarifləndirici verilişlərə baxmağınız çox vacibdir.

4.Hər hansı qripəbənzər simptomlar müşahidə olunarsa ( hərarət, öskürək, ürəkbulanma, qusma, başağrıları, ümumi halsızlıq, tənginəfəslik, boğulma və s.) mütləq həkimə müraciət edin.

5.Siz bununla həm özünüzü, həm də ailə üzvlərinizi və bütövlükdə ictimaiyyətin sağlamlığını qorumuş olursunuz.

Keçidlər