Şriftin ölçüsü :

Saytın rəngi :

İsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre Sumqayıt şəhərinə səfər edib

12 fevral 2020 | 16:00

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Şəhər rəhbəri  diplomata Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Vurğulanıb ki, Sumqayıt şəhəri  Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda  sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması,  modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Muriel Peneveyre  qeyd edib ki, İsveçrə şirkətləri Azərbaycanda, eləcə də Sumqayıt şəhərində aktiv fəaliyyət göstərirlər. Səfir İsveçrə şirkətlərinin Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduğunu,  həmçinin bir neçə İsveçrə şirkətinin artıq Sumqayıt Kimya Sənaye Parkına investisiya qoyduğunu vurğulayıb.

Bildirilib ki, mədəniyyət sahəsində əlaqələrin mövcudluğu iki ölkə arasındsa münasibətlərin inkişafına müsbət təsir göstərir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Keçidlər