Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

06 dekabr 2019 | 16:00

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Sumqayıt şəhərində 26 minə yaxın ağac əkilib.

Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Sumqayıt şəhərində yaşıllaşdırma işləri aparılıb. Aksiya çərçivəsində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində 16 min, şəhərin müxtəlif ərazilərində ümumilikdə 26650 ağac əkilib.

Ağacəkmə aksiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Vurğulanıb ki, bu kampaniya böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliğinə, ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına və insanların ətraf mühitin sağlamlaşdırılması naminə həmrəylik göstərməsinə xidmət edir.

Keçidlər