Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illik yubileyinə həsr olunmuş “Taleyimizin şəhəri” adlı tədbir keçirilib

31 oktyabr 2019 | 16:00

Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə şəhərin 70 illik yubileyinə həsr olunmuş “Taleyimizin şəhəri” adlı ədəbi-bədii musiqili kompozisiya keçirilib.
Əvvəlcə iştirakçılar foyedə  şəhərin tarixini, bu gününü əks etdirən əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov  tədbir iştirakçılarını və şəhər sakinlərini Sumqayıtın 70 illik yubileyi münasibəti ilə təbrik edib.
Şəhər rəhbəri vurğuıayıb ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə  həyata keçirilən işlərin nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaranıb. Hansı ki, bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Ona görə bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları reallaşır, ideyaları həyata vəsiqə qazanır. Çünki ulu öndər Heydər Əliyev Sumqayıtı belə görmək istəyirdi. Əlbəttə, cənab İlham Əliyevin qayğısı və diqqəti bizi daha məsuliyyətlə və fədakarlıqla çalışmağa sövq edir.
Z.Fərəcov son illər Sumqayıt şəhərində həyata keçirilmiş layihələrə nəzər salıb, gələcək prespektivlərdən danışıb.
Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov məruzə ilə çıxış edərək vurğulayıb ki, son illərdə Sumqayıt şəhərində bütün sаhələrdə görülmüş işlər, qazanılmış naliyyətlər şəhərdə аğsаqqаllаrın, аhıl vətəndаşlаrın sоsiаl vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа səbəb оlub.
Şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə Sumqayıt şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.
Tədbir ədəbi-bədii musiqili kompozisiya ilə davam edib.

Keçidlər