Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyәnin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu Ziraat Bank Azərbaycan ASC-nın Sumqayıt filialının açılışında iştirak edib

25 oktyabr 2019 | 16:00

Ziraat Bank Azərbaycan ASC 25.10.2019 tarixində 4-cü filialının açılışını Sumqayıt şəhərində həyata keçirmişdir.Açılışda Turkiyə Cumhuriyyətinin Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu , Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral, Ziraat Bank Türkiyə İdarə Heyəti Üzvü Fevzi Çutur, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Demirci, Şimali Kiprin Azərbaycan təmsilçisi Ufuk Turqanər, Azərbaycanlı iş adamları və Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları da iştirak ediblər.
Türkiyənin Xarici İşlər Naziri Cənab Mevlüt Çavuşoğlu açılışda filialı gəzərək işçilərlə söhbət edərək, Ziraat Bank Azərbaycanın “Bankkart” məhsulunu bankın sədri Avni Demircidən qəbul edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ali qonağa şəhərlə bağlı hədiyyələr təqdim edib.
“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri Avni Demirci çıxışında dörd il öncə qurulan Ziraat Bankın 4-cü filialının istehsal və sənayə bölgəsi olan Sumqayıt şəhərində açılmasına diqqət çəkdi və Azərbaycanda istehsalatın inkişafına yönəlik addımlarına dəstək olmaq məqsədi ilə buranı seçtiyini qeyd edib.
Qeyd edәk ki, Mevlüt Çavuşoğlu Qoşulmama Hәrәkatının XVIII iclasına qatılmaq üçün Azәrbaycanın paytaxtı Bakıya sәfәr etmişdi.

Keçidlər