Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov sahibkarlarla görüşdü

03 oktyabr 2019 | 16:00

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyinin Abşeron regional bölməsi, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin Sumqayıt KOB dostu ofisinin iştirakı və Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt filialının dəstəyi ilə “Sumqayıt şəhərinin inkişafında sahibkarların rolu” mövzusunda görüş keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, aidiyyəti qurumların rəhbərləri, sahibkarlar iştirak edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli islahatların davam etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədi ilə sahibkarlara dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır
Şəhər rəhbəri bildirib ki, Prezident İlham Əliyevin dövlət və özəl sektor qarşısında qoyduğu mühüm vəzifələr Sumqayıt şəhərində də uğurla davam etdirilir.
Vurğulanıb ki, bu gün həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edən sahibkarlığın inkişafı üçün Sumqayıt şəhərində lazımi şərait yaradılıb. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi nəticəsində Sumqayıt şəhərinə irihəcmli investisiyanın yönəldilməsi sahibkarlığın inkişafına, yeni müəssisələrin və iş yerlərinin açılmasına müsbət təsir göstərib.
İqtisadiyyat Nazirliyinin Abşeron regional bölməsinin müdiri Ramal Əhmədov, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin Sumqayıt KOB dostu ofisinin rəhbəri Elmar Rzayev, 2 saylı Ərazi Vergilər Departamentininin direktoru Abbas İsmayılov Sumqayıt şəhərində sahibkarlığın inkişafı və bu sahədəki mövcud vəziyyətlə bağlı çıxış edib.
Sahibkarlardan Xəzər Səhmdar Cəmiyyətin sədri Qüdrət Kərimov, Qartal Tikinti firmasının direktoru Şahin Məmmədov, “Cökəli” firmasının direktoru Hümbət Quliyev və digərləri çıxış edərək bu cür görüşlərin keçirilməsinin sahibkarlıq mühitinin daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar, ölkədə sahibkarlığın inkişafına göstərilən dəstəyə görə dövlət başçısına və şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Keçidlər