Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov 1 saylı orta məktəbə baxış keçirib

28 sentyabr 2019 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2019-2020-ci il tədris ilinin başlaması ilə əlaqədar olaraq görülmüş işlərlə yaxından tanış olmaq üçün 1 saylı məktəbdə olub, burada şagirdlərlə görüşüb.
Məktəblərdə yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlərlə yaxından tanış olan şəhər rəhbəri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, şagirdlərə tövsiyələrini verib, sualları cavablandırıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müəllim və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.

Keçidlər