Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Çin şirkətlərinin nümayəndələriylə görüşü keçirilib

03 avqust 2019 | 16:00

Çinin iş adamları Sumqayıt şəhərində səfərdə olub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkəmizdə səfərdə olan Çin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə  Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı da iştirak edib.

İş adamları ilə keçirilən görüşdə Sumqayıtın tarixi, sosial-mədəni, iqtisadi inkişafından danışılıb. Son illərdə Sumqayıt şəhərində həyata keçirilən layihələr və yenidənqurma işləri barədə məlumat verilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhərində iş adamları üçün  investisiya sahələrində böyük potensial var.

Şəhər rəhbəri vurğulayıb ki,  Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi olan Sumqayıtda iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var, investorlar üçün cəlbedici güzəştlər mövcuddur.

Pekin Şəhər İnşaat Qrupu(BUCG) və “Hongshi Design”  şirkətlərinin nümayəndələri şəhər rəhbərinə səmimi qəbula görə təşəkkürlərini bildiriblər. Qonaqlar şəhərdə son illərdə əldə olunan uğurları görməkdən məmnun olduqlarını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri, investisiya imkanları, yeni layihələrin həyata keçirilməsi yolları müzakirə olunub.

Keçidlər