Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları ilə bağlı hesabat yığıncağı keçirilib
Mayın 7-də Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub.
Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə, təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.
Vurğulanıb ki, hesabat dövründə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Sumqayıt şəhərində böyük nailiyyətlər əldə olunub, əlamətdar hadisələr baş vemişdir. Şəhərdə abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi, 263 yaşayış binasının dam örtüyünün, 25 binanın fasadının, 74 ədəd liftin və 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri, tibbi avadanlıqlarla təchiz edilməsi, məktəb tikintisiməqsədilə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan sərəncamların imzalanması dövlət başçısının Sumqayıt və sumqayıtlılara göstərdiyi diqqət və qayğını bir daha təcəssüm etdirir.
Yanvarın 16-da cənab Prezidentin Sumqayıta səfəri zamanı Kimya Sənaye Parkının ərazisində inşa olunmuş il ərzində 650-660 min ton karbamid və 1 milyon ton ammonyak istehsal etmək gücünə malik olan “SOCAR karbamid” zavodu istifadəyə verilib. Hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə olan müəssisənin ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Zavodda 500 nəfər daimi işlə təmin edilib. İstehsal həcminin 70 faizinin ixrac üçün nəzərdə tutulduğu müəssisənin fəaliyyəti ölkəyə hər il 160 milyon dollar vəsaitin daxil olmasına imkan verəcək.
Bu mühüm hadisədən 1 ay sonra – fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ikinci müəssisənin – yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Qeyd etmək lazımdır ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. İlkin mərhələdə, “SOCAR Polymer” zavodlarında ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsalı nəzərdə tutulmuş, 700-dənçox daimi iş yeri yaradılıb.
Cari ilin birinci rübü ərzində şəhər üzrə ümumdaxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 40 milyon manat artaraq 460 milyon manatdan çox olmub.
Sənaye müəssisələrində 350 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz təşkil edir.
Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə yaradılan, ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 18 rezident tərəfindən 2,5 milyard dollar investisiya qoyulub, fəaliyyətdə olan müəssisələrin sayı 13-ə çatıb. Hazırda istehsalat və tikinti-quraşdırma işlərində 6 minə qədər işçi çalışır.
Parkda ixtisaslı kadrların hazırlanması üçün müasir tipli Peşə Tədris Mərkəzinin inşası, “AzərFloat” QSC-i tərəfindən Almaniya texnologiyası əsasında ildə 8,0 milyon kv. metr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı, İnvestisiya məbləği 3,5 milyon dollar olan polimerdən kisə və boru istehsalı müəssisələrinin və “Azərxalça” ASC-nin İtaliya, Fransa və Türkiyə texnologiyaları ilə fəaliyyət göstərəcək, ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaq fabriklərinin tikintisi davam etdirilir.
Ölkənin kimya sənayesinin avanqardı olan “Azərkimya” İB-nin perspektiv inkişaf planına uyğun olaraq yenidənqurma və modernizasiya layihəsi üzrə işlər davam etdirilmişdir. Layihə çərçivəsində EP-300 qurğusunun propilen istehsalı gücü ildə 135 min tondan 187 min tona çatdırılacaq.
“SOCAR Polimer” MMC müəssisələri daim olaraq xammal və enerji ilə təminatı yaxşılaşacaq, EP-300 zavodunun “Buxar Generatoru”nun gücü 35 MVT-dan 65 MVT-a çatdıralacaq. Nəticədə “Azərkimya” İB bütün müəssisələri öz enerjisi ilə tam təmin ediləcək. Digər istehlakçılara enerji verilməsi nəzərdə tutulur. Layihənin dəyəri 1,0 milyard manat təşkil edir. Layihənin icrası dövründə 2 min nəfər çalışacaq.
Cari ilin 3 ayı ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 50 milyon manat olub. Bu da əvvəlki ilə nisbətən 14 faiz və ya 6 milyon manat artım deməkdir.
Mühüm iqtisadi göstəricilərdən olan ticarət dövriyyəsi 240 milyonmanat olub, əvvəlki dövrlə müqayisədə 9 faiz artıb.
Əldə olunan uğurlar, iqtisadi göstəricilərin ötən illə müqayisədə artması nəticəsində yerli büdcə gəlirləri proqnoza qarşı 3,0 milyon manat və ya 28 faiz artaraq 13,4 milyon manat olmuş, xərc hissəsi isə 10,7 milyon manat proqnoza qarşı 7,3 milyon manat və ya 68faiz icra olunub.
Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə 3123 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. Şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 1738 nəfər işlə təmin olunmuşdur. Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin artırılması məqsədi ilə ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 3090 haqqı ödənilən ictimai iş yeri açılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində və Stansiya Sumqayıt yaxınlığında yeni yaşayış kompleksinin açılışı olub. Şəhərdə məskunlaşan məcburi köçkünlərdən 1850 ailə həmin binalara köçürülüb.
Hesabat dövründə “Nizami kinoteatr”ının, Corat qəsəbəsində 120 yerlik uşaq bağçasınınvə Məhkəmə Kompleksinintikintisində işlər davam etdirilmiş, “Muğam evi”nin tikintisinə və Sumqayıt Bulvarının şimal-şərq istiqamətində 1,0 km uzunluğunda genişləndirilməsi işlərinə başlanılıb. 5-ci Polis Bölməsinin yeni inzibati binasının tikintisində tamamlanma işləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 263 binanın dam örtüyünün yenidən qurulması üçün ayrılmış vəsait hesabına I rüb ərzində 40 binanın dam örtüyü dəyişdirilib, 46 binada isə işlər davam etdirilir. Bütövlükdə dam örtüklərinin dəyişdirilməsi payız-qış mövsümünün başlanğıcına qədər başa çatdırılması planlaşdırılır. Bundan əlavə yaşayış binalarında 1200 kv.metr şifer, 5900kv.metr yumşaq dam örtüyü cari təmir edilmiş, 120 p/m su axıdıcı boru quraşdırılıb.
Ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıq zolaqlarının salınmasına xüsusi diqqət verilib. Şəhər ərazisində 20 minədək ağac, 15 min dekorativ, 35 min mövsümi gül əkilib.
Hesabat dövründə şəhərin qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, 21-ci mikrorayonda, 49, 52, 76-cı məhəllələrdə, Xəzər, Saray, Novxanıbağları, İnşaatçılar, Qurddərəsi yaşayış massivlərində 6500 p/m müxtəlif diametrli yeni qaz xətti çəkilib. Sumqayıtçay yaşayış ərazisində 175 mənzilin qazlaşdırılmasına başlanılıb.
Dövr ərzində su xətlərində 1362, kanalizasiya şəbəkəsində isə 2182 qəzabaş vermişdir ki, bunların da aradan qaldırılması üçün lazımi tədbirlər görülüb.
Qış mövsümündə əhalinin istiliklə təminatı və xidmətin key¬fiy¬yətini artırmaq məqsədi ilə qazanxanalarda, həmçinin 21 binanın aşağı paylama sistemindətəmir bərpa işləri aparılıb.
Rüb ərzində 18 mərkəzi və 6 modul tipli qazanxana vasitəsilə 30 orta məktəb, 17 səhiyyə obyekti və 21 digər obyektfasiləsiz istiliklə təmin olunub.
Şəhərdə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası¬nın möhkəmləndirilməsi daim nəzarətdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən istismar müddətini ötmüş 62 ədəd liftin yenisi ilə əvəz olunması məqsədilə yeni liftlər gətirilmiş, onlardan 20 lift istismara buraxılmaq üçün sınaqdan keçirilib, qalan liftlərdə təmir-quraşdırma işləri aparılır. İşlərin may ayının axırına kimi yekunlaşdırılması nəzərdə tutulur.
Bundan əlavə ölkə rəhbərinin tapşırığı və yaxından köməyi sayəsində 29 yaşayış binasında 74 ədəd liftin əsaslı təmir olunması işlərinə başlanılıb.
Ölkə rəhbərinin yaxından köməyi, şəhər rəhbərliyinin ciddi nəzarətisayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyənnəqliyyat vasitələrinin çox hissəsi yeni, iritutumlu avtobuslarla əvəz edilib. Müasir tipli dayanacaqların quraşdırıl-ması işləri davam etdirilir.
Stansiya Sumqayıt yaxınlığında inşa edilmiş yaşayış kompleksinin sakinlərinin rahat gediş-gəlişini təmin etmək üçün yeni avtobus marşrut xətti açılıb. 55 nömrəli marşrutda işləyən avtobuslar yeni müasir avtobuslarla əvəz edilmiş, qəsəbəarası yollar təmir olunub.
Sumqayıt şəhərində təhsilə xüsusi diqqət və qayğı göstərilir. Azərbaycdan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 1176 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb. Eyni zamanda tədris prosesinin normal aparılması üçün şəhərimizdə münbit şərait yaradılıb, təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, neqativ haların aradan qaldırlması sahəsində müsbət irəliləyişlərə nail olunub.
Eyni zamanda, şəhər rəhbərliyinin diqqət və qayğısı ilə məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün xeyli iş görülüb, avadanlıq və inventarlarla təchizat yaxşılaşdırılıb, istilik sistemi tam bərpa olunub, bütün uşaq bağçaları isti su ilə təchiz edilib, sanitar texniki, sanitar gigiyenik normalara əməl olunması üçün lazımi şərait yaradılıb, ərzaq təminatı ciddi nəzarətdə saxlanılıb.
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasınanail olmaq üçün tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri üçün hazırlıq işlərinə başlanılıb, 2 nömrəli şəhər poliklinikası əsaslı təmir olunub və Narkoloji Dispanserin əsaslı təmiri işləri davam etdirilib.
Vurğulanıb ki, cənab Prezidentin tapşırığına əsasən 240 min şəhər sakini tibbi müayinəyə cəlb olunub, aşkar edilmiş xəstəliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.
Rüb ərzində mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanıl¬ıb.
Rüb ərzində 20 idmаn növü üzrə 147 şəhər birinciliyi, çеmpionаtı, kütləvi bədən tərbiyəsi tədbirləri və təlim-məşq toplаnışlаrı kеçirilmişdir. Şəhər idmаnçılаrı respublika və bеynəlхаlq səviyyəli yаrışlаrdа 274 mеdаl əldə еdiblər. Bunlаrdаn 97 qızıl, 71 gümüş, 106 bürünc mеdаl olub.
2019-cu ilin qarşıdakı dövrü ərzində də şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin, sosial obyektlərin, yaşa¬yış binalarının dam örtüklərinin, fasadlarının əsaslı təmiri, kommunal xidmət¬lərlə əlaqədar problemlərin həlli, küçə və yolların, məhəllədaxili ərazilərin asfalt örtüyünün dəyişdirilməsi, yeni isteh¬sal sahələrinin, iş yerlərinin açılması, digər sosial problemlərin həlli vəşəhərin 70 illik yubileyinin keçirilməsinə hazırlığın yüksək səviyyədə təşkil olunması istiqamə¬tində işlər davam etdiriləcək.
Hesabat məruzəsi ətrafında çıxış edənlər bildirdilər ki, cari ilin birinci rübündə həyata keçirilən layihələr, qazanılan uğurlar ili layiqincə sona çatdırmaq üçün etibarlı zəmin yaradır.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.