Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

23 aprel 2019 | 16:00

Aprelin 23-ü Sumqayıtda “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub.
Kimyaçı Mədəniyyət Sarayında keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.
Yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaq məqsədilə keçirilən tədbirdə şəhərin müxtəlif ümumtəhsil məktəb və lisey şagirdləri bir-birindən maraqlı kompazisiyalar təqdim ediblər.
Qeyd olunub ki, məktəblərinin iştirakı ilə keçirilən bu tədbir kitaba bağlılığı artırmağa yönəlib və mütaliə mədəniyyətinin formalaşmasına öz töhfəsini verəcək. Əsas məqsəd müxtəlif üsullarla, fərqli yollarla uşaqlara kitab oxumağın üstünlüklərini aşılamaqdır. Çünki şagirdlərin şəxsiyyət kimi formalaşmasında, onların dünyagörüşünün artırılmasında mütaliə əvəzsiz rol oynayır.
Xatırladaq ki, 1996-cı il aprelin 23-dən dünyada, 1997-ci ildən isə Azərbaycanda Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd olunur. Bu barədə qərar 1995-ci ildə Parisdə, UNESCO-nun baş konfransında qəbul edilib.

Keçidlər