Zakir Fərəcov qəzada xəsarət alan sakinləri ziyarət edib
21 fevral 2019 | 16:00
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub, müvafiq tapşırıqlarını verib.
Qeyd edək ki fevralın 21-də şəhərin Nizami küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində “Toyoto Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində qəza baş verib. Sərnişin avtobusunun sürücüsü qəzadan yayınmağa çalışsa da, idarəetməni itirərək yaşayış binasına çırpılıb. Hazırda xəstəxanada 19 nəfər müalicə olunur.