Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində 02 Fevral – Gənclər Günü münasibətilə şəhər tədbiri keçirilib

01 fevral 2019 | 16:00

2 Fevral – Gənclər Günü Sumqayıt şəhərində də qeyd olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə Sumqayıtdakı “Park palace” restoranında Gənclər Gününə həsr edilmiş bayram tədbiri keçirilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtlı gəncləri təbrik edərək, bildirib ki, bu günün 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunması gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir.
Şəhər rəhbəri vurğulayıb ki, dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə hərtərəfli uğur və naliyyətlər əldə edərək özlərini doğruldurlar. Gənclər bu gün dövlət orqanlarında, özəl sektorda və digər strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Z.Fərəcov Sumqayıt şəhərində son illərdə həyata keçirilən layihələrə diqqət çəkərək qeyd edib ki, bütün görülmüş işlər gənclərin inkişafına, məşğulluğun artırılmasına, asudə vaxtının səmərəli keçirilməsinə dəstək verir.
Sonda şəhərin ictimai həyatında, təhsil və idmanda nailiyyətlərə imza atan bir qrup gəncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Tədbir bayram süfrəsi arxasında konsert proqramı ilə davam edib.

Keçidlər