Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib

22 yanvar 2019 | 16:00

2018-ci ildə görülən işlərin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Lalə Hacıyeva, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vurğulanıb ki, şəhərdə həyata keçirilən geniş miqyaslı tədbirlər nəticəsində Hacı Zeynalabdin qəsəbəsi də inkişaf edir, aparıcı sahələrdə müsbət irəliləyişlərə nail olunur.

Əhaliyə kommunal xidmətlərin göstərilməsinin yaxşılaşdırılması şəhər rəhbərliyinin daim gündəlik diqqət mərkəzindədir. Hesabat dövründə əhaliyə elektrik enerjisi, su, təbii qaz verilməsi və digər kommunal xidmətlərinin göstərilməsinin daha da yaxşılaşdırılması üçün payız-qış mövsümündə əvvəlki illərdə narahatlıq yaradan problemlərin həlli istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.

Beləki, Əhalinin elektrik enerjisinə artan tələbatını payız-qış mövsümündə enerji təchizatında fasilələrə yol verilməməsini  nəzərə alaraq, Hacı Zeynalabdin qəsəbəsində transformatorlar əsaslı təmir edilmiş, şəbəkəyə yeni qoşulmuş abonentlər üçün 392 ədəd sayğac quraşdırılmışdır.

Əhalinin qaz təchizatının yaxşılaşdırılması və payız-qış mövsümündə əvvəlki illərdə narahatlıq yaradan problemlərin həlli istiqamətində xeyli işlər görülmüşdür. Hacı Zeynalabdin qəsəbəsində yeni qaz xətləri çəkilmiş, rənglənərək  istismara verilmiş və qaz tənzimləyicilər quraşdırılmışdır.  Qəsəbədə 105  abonent üçün sayğac quraşdırılmışdır.

Hesabat dövründə müxtəlif ərazilərdə su və kanalizasiya xətlərində, binaların aşağı şəbəkə su və kanalizasiya xətlərində baş vermiş qəzalar aradan qaldırılmış, ayrı-ayrı yaşayış sahələrində müxtəlif diametrli su xətti təmir edilmiş, bir sıra yerlərdə su xətti yenisi ilə əvəz olunmuş, kanalizasiya quyuları və  yağış sularının qəbuledici barmaqlıqları təmizlənmişdir.

Qəsəbədə mövcud olan qazanxana cari ilin payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilmişdir.

Qeyd olunub ki, qəsəbədaxili marşrutlarda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin rahatlığının təmin edilməsi üçün marşurutlarda işləyən istismar müddətini başa vurmuş kiçiktutumlu mikroavtobuslar marşurut xəttlərindən kənarlaşdırılaraq, müasir tipli orta və iri tutumlu avtobusla əvəz edilmişdir.

Qəsəbə əhalisinə göstərilən tibbi xidmət işinin bütün sahələr üzrə yaxşılaşdırılması, xəstəliklərin profilaktikası, əhaliyə, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, əlilliyin azaldılması sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

Bildirilib ki, qəsəbənin ayrı-ayrı məhəllələrinə və küçələrinə ümumilikdə 4000 kvadrat metr asfalt örtüyü salınmışdır və bu istiqamətdə işlər davam etdirilir.

Sonda hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Hesabat məruzəsi ətrafında çıxış edənlər görülən işlərə münasibətlərini bildirib, təkliflərini səsləndiriblər.

Keçidlər