Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
2018-ci ildə görülən işlərin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini müavini Ülviyyə Müzəffərova, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Mənsurzadə, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağında bildirilib ki, Sumqayıt şəhər icra hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini şəhər icra hakimiyyəti başçısının sərəncam və tapşırıqlarına uyğun qurub.
Hesabat dövründə ərazimizdə Zülfü Hacıyev, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Ərşad Kərimov və Ağa Quluyev küçələrinə asfalt örtüyü vurulmuş, səki daşları yenilənmiş və rənglənmiş, yeni qazon sahələri salınmış, gül kolları əkilmişdir. Həmçinin 41a, 42-ci məhəllə və 9-cu mikrorayon ərazisinə yeni asfalt örtüyü döşənmişdir.
Qeyd olunub ki, nümayəndəliyin ərazisində, 6-cı, 9-cu, 11-ci mikrorayonlar və 41-ci məhəllədə 27 binada dam örtüyünün vurulması işləri tam yekunlaşdırılıb. Hal-hazırda isə 6-cı mikrorayon və 41-ci məhəllədə binaların dam örtüyünün vurulması işləri davam etdirilir.
Nümayəndəliyin ərazisində, binaların girişlərinin cari təmir olunması, 89 binanın girişlərinə dəmir qapıların qoyulması və işiqlandırılması, həyətlərdə 125 ədəd oturacaqların yeniləri ilə əvəz olunması ilə bağlı MKS-ri ilə birgə görülən işlər sakinlərin ürəyincə olmuşdur, həmçinin məhəllə daxili küçələrin işıqlandırılması daim nəzarətdə saxlanılmışdır. Binaların girişlərində görülən işlərlə bağlı bəzi sahibkarlar da biganə qalmayaraq öz təşəbbüsləri ilə girişlərin təmir olunmasında fəal iştirak etmişdilər.
Sonda hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.
Hesabat məruzəsi ətrafında çıxış edənlər görülən işlərə münasibətlərini bildirib, təkliflərini səsləndiriblər.