Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə ümumşəhər bayram tədbiri keçirilib

29 dekabr 2018 | 16:00

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimayət nümayəndələri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli həmrəyliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edildiyini bildirən Zakir Fərəcov 2018-ci ilin Sumqayıt üçün də uğurlu olduğunu qeyd edib. Şəhər rəhbəri 2018-ci ildə Sumqayıtda görülən işlər, əldə olunan nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verərək, Sumqayıt sakinlərinə firavan həyat arzulayıb.
Sonra şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Bayram şənliyində respublikanın tanınmış incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.

Keçidlər