Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı səfiri Sumqayıt şəhərinə səfər edib
Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim Sumqayıt şəhərində olub.
Səfir Adel İbrahim Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb.
Zakir Fərəcov diplomata Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
Şəhər rəhbəri qeyd edib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda şəhərdə sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Səfər Misir Adel İbrahim səfərdən və keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib. Sumqayıtda aparılan abadlıq işlərinin, şəhərin gözəl görünüşünün onda xoş təsüratlar yaratdığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri, iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunub.