Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda şəhər günü ilə bağlı tədbir keçirilib

22 noyabr 2018 | 16:00

Noyabrın 22-də Sumqayıta şəhər statusunun verilməsinin 69-cu ili münasibəti ilə Kimyaçı Mədəniyyət Sarayında bayram konserti təşkil olunub.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhərin hüquq–mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə Sumqayıtın yaranma və inkişafını əks etdirən videoçarx nümayış olunub.
Bildirilib ki, Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir.
Vurğulanıb ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasətin bəhrəsindən Sumqayıt şəhərinə də böyük pay düşüb. Azərbaycanın mühüm sənaye mərkəzlərindən olan Sumqayıt bu gün özünün sürətli inkişaf dövrünü yaşayır.
Tədbirdə xanəndə, Azərbaycanın xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovun və tələbələrinin ifasında bayram konserti təqdim olunub.

Keçidlər