Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.

04 oktyabr 2018 | 16:00

5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Sumqayıtda yerləşən “ Park Palace “- ın ziyafət zalında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edərək, onlara xoş arzularını çatdırıb, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Qeyd olunub ki, təhsil sahəsində əldə olunmuş uğurlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir.

Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd edilib.
Çıxış edən təhsil işçiləri Sumqayıt müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.

Keçidlər