Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində Beynəlxalq Ahıllar Günü qeyd olunub.

01 oktyabr 2018 | 16:00

Sumqayıt şəhərində hər il olduğu kimi, bu il də Beynəlxalq Ahıllar Günü qeyd olunub.
Ağsaqqalların, müharibə və əmək veteranlarının, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin qeydiyyatında olan ahılların da qatıldığı tədbir Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.
Qeyd edək ki, BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilib. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq ölkəmizdə də hər il yüksək səviyyədə qeyd edilir.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov ahılları bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizdə ahıllara göstərilən böyük diqqət və qayğıdan danışıb. Bildirib ki, respublikamızda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını vurğulayıb, onların hər zaman dövlətimizin diqqət mərkəzində olduqlarını bildirib.
Çıxış edən ahıllar onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bayram süfrəsi arxasında musiqili-bədii proqramla davam edən tədbirin sonunda ahıllara ərzaq bağlamaları təqdim olunub.

Keçidlər