Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin yeni inzibati binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin yeni inzibati binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Şəhər rəhbərinə binada aparılan əsaslı təmir işləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, burada idarə əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb.
Zakir Fərəcov 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsininin yeni inzibati binasında görülmüş işlərdən razılığını ifadə edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, ötən il Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün ən müasir standartlara cavab verən yeni inzibati bina tikilərək istifadəyə verilib, Sumqayıt Bələdiyyəsinin əvvəlki binasına köçürülməsi barədə qərar qəbul edilib. Sumqayıt Bələdiyyəsinin daha öncə yerləşdiyi bina isə təmirdən sonra 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə verilib.