Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov Ankara Valisi ilə görüşdü.

06 iyun 2018 | 16:00

Ankarada rəsmi səfərdə olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankara Valiliyində olub.

Ankara Valisi  Ercan Topaca ilə görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov iştirak edib.

Qeyd olunub ki, ölkələrimiz arasında mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi hər iki ölkənin parlaq gələcəyinin təmin olunması üçün möhkəm əsas yaradır. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır.

Görüşdə iki qardaş ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb,  ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə edilib.
Görüş çərçivəsində iki şəhər arasındakı gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Keçidlər