Şriftin ölçüsü :

Saytın rəngi :

Ankaranın Keçiören bələdiyyəsinin təşkil etdiyi 9-cu Beynəlxalq Ramazan Festivalında “Azərbaycan gecəsi” keçirilib.

04 iyun 2018 | 16:00

Ankaranın Keçiören bələdiyyəsinin təşkil etdiyi 9-cu Beynəlxalq Ramazan Festivalı çərçivəsində “Azərbaycan gecəsi” keçirilib.

Keçiören Bələdiyyə sədri Mustafa Akın ev sahibliyi ilə öncə Azərbaycan və Ərzincan Mədəniyyət Evlərinin açılışı olub. Tədbirə Azərbaycanın səfiri Xəzər İbrahim, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, AK Partiyanın Ankara Millət vəkili Əhməd Gündoğdu, Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, AK Partiyanın Ankara millət vəkili namizədləri Dr. Arifə Polat Düzgün, Zeynep Yıldız, Bələdiyyə Məclis üzvləri və çox sayda vətəndaş qatılıb.

“Azərbaycandan salam gətirmişəm” deyərək çıxışına başlayan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Bizləri bir araya gətirən və Türk dünyasını görüşdürən Keçiören Bələdiyyə sədrinə minnətdarıq. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyədir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaqdır. Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır” fikirlərini səsləndirib.

Dil, din və mədəniyyət birliyinə də diqqət çəkən Zakir Fərəcov bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı hər bir sahədə yüksək səviyyədədir.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim isə Türkiyədə qonaq deyil ev sahibi olduqlarını söyləyərək, “Bir millət iki dövlət olaraq daim bir-birimizin yanındayıq, bu gün də Azərbaycan və Sumgayıtımızı yaxından tanıdacağıq” deyə bildirib.

Keçiören Bələdiyyə sədri Mustafa Ak da Erzincan və Azərbaycanı Keçiörendə görüşdürdüklərini vurğulayaraq “Azərbaycandakı Sumqayıt Bələdiyyəsi ilə qardaşıq. Yerli rəhbərliklər olaraq iş birliyimizi gücləndirir, mədəniyyət körpüsü qurur və Ramazanı birlikdə, qardaşca yaşayırıq” deyə bildirib.

Gecədə Gülzar Fərəcova və Vüqar Əliyevin səsləndikdən mahnılar qonaqlar tərəfindən maraqla qarşılanıb.  Sumqayıtdan gələn incəsənət ustalarının səsləndirdikləri “Çırpınırdı Qaradəniz” mahnısı  tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Keçidlər