Sumqayıt şəhərində “Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirilib.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında nəzərdə tutlmuş tədbirlər planının icrasına uyğun olaraq Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyətinin və Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycan gəncliyinin banisidir” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov bildirdi ki, Azərbaycan gənclərinin bugünkü uğurları ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Vurğulandı ki, müstəqillik əldə edildikdən sonra ölkədə gənclər siyasətinin təkmilləşdirilməsi sahəsində bir sıra qanunverici aktlar qəbul edilib, hüquqi baza formalaşdırılıb. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Sumqayıt gəncliyinin də inkişafında mühüm rol oynayır.
Qeyd edilib ki, sumqayıtlı gənclərin hərtərəfli inkişafı üçün şəhərdə hər cür şərait yaradılıb,gənclər evi,idman,şahmat,musiqi məktəbləri,idman kompleksləri tikilib istifadəyə verilib. Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi işləri də şəhərdə uğurla aparılır.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov sumqayıtlı gənclərin əldə etdiyi uğurlardan danışdı.İdmançılar adından çıxış edən 2 qat Paralimpiya və dəfələrlə dünya və avropa çempionu İlham Zəkiyev vurğuladı ki,ölkəmizdə keçirilən Avropa Oyunlarında 3-ü qızıl,1-i gümüş olmaqla 4medal, İslam Həmrəyliyi Oyunlarıında isə 4-ü qızıl,3-ü gümüş,7-si bürünc olmaqla 14 medal sumqayıt idmançılarının payına düşüb.
Çıxışlarda sumqayıtlı gənclər daim vətənə və dövlətimizə sadiq qalacaqlarını əminlikə ifadə etdilər.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov,Prezident Administrasiyasının məsul işçisi Natiq Əliyev də dövlət gənclər siyasətindən, əldə olunan uğurlardan danışdılar.