Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

05 fevral 2018 | 16:00

Fevralın 5-də Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov , Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ötən ilin sosial-iqtisadi inkişafını, abadlıq-quruculuq işlərini əks etdirən film nümayiş olunub.
Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ötən ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 2017-ci il Sumqayıt üçün də uğurlu olub. 2016-cı illə müqayisədə 2017-ci ildə ümumdaxili məhsulun həcmi 30,2 faiz artaraq 1 milyard 533 milyon manatdan çox olmuşdur. Onun bir nəfərə düşən həcmi 4489 manat təşkil etmişdir ki, bu da 2016-cı ilə nisbətən 32,4 faiz çoxdur.
Ötən illə müqayisədə sənaye müəssisələrində məhsul istehsalı 34,0 faiz artaraq 1 milyard 81 milyon manat təşkil etmişdir. Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85,0 faizdən çox olmuşdur.
Vurğulanıb ki, əsas kapitala investisiya qoyuluşu tikinti-quruculuq işlərinin genişlən¬diril¬məsinə, şəhərin tarazlı inkişafına mühüm təsir göstərir. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 410 milyon manat vəsait yönəldilmiş, artım tempi 16,8 faiz təşkil etmişdir. Kapital qoyuluşunun 73,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmişdir. 2017-ci ildə tikinti-quraşdırma işlərinin həcmi 12,0 faiz artmışdır.
Şəhər ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektləri üzrə pəra¬kəndə əmtəə dövriyəsinin həcmi 933 milyon manat olmuş, əvvəlki ilə nisbətən 31,0 faiz artmışdır.
İqtisadiyyatın başqa sahələrində olduğu kimi əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətin həcmi xeyli çoxalmışdır. Əhali 274 milyon manatlıq pullu xidmətdən istifadə etmiş, ötən illə müqayisədə 34,7 faiz artım əldə olunmuşdur.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində 2017-ci ildə Sumqayıt şəhərində qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilmiş, il ictimai-siyasi hadisələrlə zəngin olmuşdur. Xüsusilə dekabr ayının 15-də ölkə Prezidenti cənab İlham Əliyevin Sumqayıt şəhərinə səfəri və səfər çərçivəsində şəhərin sosial-iqtisadi və mədəni inkişafında böyük əhəmiyyəti olan Bayraq Muzeyi və “Yeni Azərbaycan Partiyası”nın Sumqayıt şəhər təşkilatı üçün tikilmiş yeni inzibati binalar, “Kimya Sənaye Parkında” dörd yeni istehsal sahəsinin açılışı və üç müəssisənin təməlinin qoyulması, “Kimyaçı” Mədəniyyət Sarayında, Səməd Vurğun və Koroğlu küçələrində, Lüdviqshafen parkında və “Azərboru” ASC-nin Boruyayma istehsalat sahəsində aparılan yenidənqurma və əsaslı təmir işləri ilə tanışlığı, şəhər ictimaiyyəti ilə keçirilən səmimi görüşü, şəhərin sosial-iqtisadi, mədəni inkişafında xidmətləri olan 40 nəfərin fəxri adlarla, diplom, orden və medallarla təltif edilməsi haqqında imzaladığı sərəncam hər bir sumqayıtlının xatirəsində silinməz iz qoymuşdur. Bu səfər bir daha təsdiqlədi ki, Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin ənənəsinə sadiq qalaraq şəhərimizin sosial-iqtisadi inkişafını, əhalinin qayğılarının həllini daim diqqət mərkəzində saxlayır.
Bu diqqət və qayğının bariz nümunəsi olaraq son dövrlərdə Sumqayıt şəhərində istismar müddətini ötmüş qəzalı vəziyyətdə olan 305 liftin və 500 yaşayış binasının dam örtüyünün dəyişdirilməsi, şəhərdə abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmir işlərinin aparılması üçün vəsait ayrılmışdır. Sumqayıt son illər müasir layihələr əsasında yenidən qurulur və regionun gözəl turizm məkanlarından birinə çevrilir. Vaxtilə Sumqayıtda xəyal kimi görünən layihələr bü gün ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində reallaşır. Eyni zamanda, ölkə başçısının şəhərimizə işgüzar səfərləri də olmuşdur. Möhtərəm Prezident aprel ayında “Karbamid” zavodunun tikintisində işlərin gedişi ilə tanış olmuş, avqust ayında Binəqədi-Novxanı-Corat yolunun açılışında iştirak etmişdir.
Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov son 14 il ərzində regionlarının sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərdən, Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan danışıb. Natiq qeyd edib ki, son illərdə ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt şəhəri də yeni inkişaf mərhələsini yaşayır. Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində şəhərdə əsaslı və kompleks yenidənqurma işləri görülüb.
Daha sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çıxışlar dinlənilib. Çıxışlarda 2017-ci ildə görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli ilə bağlı təkliflər irəli sürülüb.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

 

 

 

Keçidlər