Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yüksək bal toplayan tələbələrli mükafatlandırdı.

14 sentyabr 2017 | 16:00

Sumqayıtda  ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib. Əvvəlcə  Sumqayıt Dövlət Dram Teatrının foyesində  şəhərin yaradıcı uşaqlarının əl işlərindən ibarət sərgiyə baxış oldu. Daha sonra şəhərdə təhsil sahəsində əldə edilən uğurlardan bəhs edən film nümayiş olundu.
Şəhər  icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə   təbrik edərək, onlara xoş arzularını çatdırdı, gələcək həyatlarında  müvəffəqiyyət arzuladı. O, son illər ölkəmizdə dövlət  tərəfindən təhsilə göstərilən yüksək qayğıdan danışdı və bu sahəyə dövlət başçısının  xüsusi diqqət yetirdiyini vurğuladı. Zakir Fərəcov bildirdi ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır.Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır. Əlavə olaraq bildirildi ki, 2016-2017-ci tədris ilində Sumqayıt  məktəblərində 1872 sinif komplektində 47545 şagird təhsil alıb. Bu əvvəlki dərs ili ilə müqayisədə şagird sayının 2000 nəfərdən çox artması deməkdir. 2017-ci ildə Sumqayıt şəhər ümumtəhsil məktəblərini 2250 nəfər 11-ci sinif şagirdi başa vurub. Onlardan 2080 nəfər ali məktəblərə sənəd verib. Sənəd verənlərdən 1403 nəfəri,yəni abuturyentlərin 69 faizi tələbə adını qazanıb.Respublikanın digər bölgələrindən fərqli olaraq şəhər üzrə ali məktəblərə sənəd vermə faizi 82  faizə yaxındır. 2017 ci ildə şəhərin məzunlarından 411 nəfər 500 dən,  169 nəfər   600-dən çox bal toplayıb. Bu, ötən ilki göstəricidən 30 nəfər, yəni təxminən 22% çoxdur. O cümlədən, 108 nəfər 600-649 intervalında, 61 nəfər isə 650-700 intervalında bal toplayıb. 200 nəfər məzun 500-600 intervalında bal toplaya bilib. Orta bal 345,7 olub ki, bu da respublika üzrə ən yüksək göstərici olmaqla yanaşı, ötən illə müqayisədə 19% yüksəkdir 1 nəfər məzun isə  700 bal toplayb.Bu ilki nəticələrə görə Sumqayıt məktəbləri respublika üzrə göstəricilərə görə birinci yerə layiq görülüb.
Çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz verdilər. Konfransda yeni dərs ilinə hazırlıq barədə məlumat verildi, qarşıda duran  məsələlər  müzakirə olundu.
Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə komyuter, qabaqcıl müəllimlərə isə fəxri fərman və hədiyyələr verildi.

Keçidlər