Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Çunçin şəhərinin nümayəndə heyətini qəbul edib.

05 sentyabr 2017 | 16:00

Çin Xalq Respublikasının ən böyük sənaye mərkəzlərindən olan Çunçin şəhərinin nümayəndə heyəti Sumqayıt şəhərində səfərdə olub.
Şəhərin rəsmisi Zen Cian və onun başçılıq etdiyi nümayəndə heyətini Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul edib.
Şəhər rəhbəri qonaqları salamlayaraq onları şəhərimizdə görməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt və onun iqtisadi inkişafı ilə bağlı qonaqlara geniş məlumat verib. Qeyd edib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Sumqayıt şəhərində ilk dəfə olduqlarını ifadə edən çinli qonaqlar səmimi görüşə görə şəhər rəhbərinə minnətdarlığını bildiriblər.
Görüşdə Çunçin və Sumqayıt şəhərləri arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişaf prespektivləri müzakirə olunub. Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər