Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda kikboksinq idman növünün K-1 üslubu üzrə beynəlxalq turnir keçirilib.

19 avqust 2017 | 16:00

Sumqayıt şəhərində Gənclər və İdman Nazirliyinin,  Sumqayıt Şəhər İcra Hakimiyyətinin və  Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq idman növünün K-1 üslubu üzrə peşəkarlararası beynəlxalq turnir keçirilib.
Turnir Sumqayıt şəhərindəki dənizkənarı bulvar ərazisində baş tutub.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov  və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev beynəlxalq turniri açıq elan edərək idmançılara uğurlar arzulayıb.
Turnirdə Azərbaycanın 17, Gürcüstanın 2 və Pakistanın 1 idmançısı olmaqla, ümumilikdə, 20 peşəkar kikboksinq ustası reytinq döyüşlərində mübarizə aparıb.
Turnirdə yeddi çəki dərəcəsində - 57, 60, 63, 67, 75, 86 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində yüksək ustalığa malik peşəkar kikboksçular mübarizə aparıblar.
Turnirdə, həmçinin K-1 üslubu üzrə dünya oyunları kəməri, Azərbaycan kəməri və Dünya Kikboksinq Təşkilatları Assosiasiyası-WAKO-PRO versiyası üzrə K-1 üslubunda qitələrarası çempion kəməri uğrunda üç döyüş keçirilib.
Qeyd olunub ki, turnirin keçirilməsində məqsəd kikboksinq idman növünün təbliği, gənclərin sağlam və milli ruhda yetişməsidir.
Xatırladaq ki, ötən il Sumqayıtda 28 May - Respublika Gününə həsr edilmiş kikboksinq üzrə peşəkarlar arasında turnir təşkil edilib.

Keçidlər