Sumqayıt şəhərində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
İyulun 25-də Sumqayıt şəhərində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.
Qeyd olunub ki, hesabat dövründə Sumqayıt şəhərinin iqtisadiyyatı artan sürətlə inkişaf etmiş, aparıcı sahələrdə müsbət irəlləyiş təmin olunmuş, qarşıya qoyulmuş vəzifələr əsasən yerinə yetirilmiş,yeni müasir istehsal sahələrinin yaradılması şəhərin yüksək səviyyədə abadlaşdırılması, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş layihələr məhz ölkə prezidentinin şəhərimizə olan xüsusi diqqət və qayğısı nəticəsində öz həllini tapmış və bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir.
Şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 776,4 milyon manat və ya 138,6 faiz təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 216,4 milyon manat və ya 38,6 faiz çox məhsul istehsal olunmuş və xidmət göstərilmişdir.
Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 46,6 faiz artaraq 573,4 milyon manat olmuş, məhsul istehsalı 182,2 milyon manatdan çox artmışdır. Ümumdaxili məhsulun tərkibində qeyri dövlət sektorunun payı isə 85,0 faizdən çox təşkil etmişdir.
Şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 70,0 milyon manat vəsait yönəldilmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən 4,0 milyon manat çox olmuşdur. Tikinti - quraşdırma işləri - 104,0 % təşkil etmişdir.
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Sumqayıt şəhəri üzrə nəzərdə tutulan tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi, bu sahədə şəhərdə işlərin kompleks şəkildə ardıcıllıqla aparılması sayəsində bir çox infrastruktur layihələrin icrası davam etdirilmişdir.
Hesabat dövründə “Texnol” MMC-də mühərrik və sürtkü yağları istehsalı müəssisəsi və “Vəliyev” MMC-də plastik qapı-pəncərə sexi işə başlamışdır.
Azərsun Sumqayıt Sənaye parkında “Tara” anbar təsərrüfatı üçün yeni binanın tikintisi, illik istehsal gücü 650,0 min ton olan Azot gübrəsi istehsal edəcək zavodun tikinti işləri davam etdirilmişdir.
Sumqayıt Kimya Sənaye parkında hazırda sənaye sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tipli Peşə Tədris Mərkəzi, 6 rezident tərəfindən müxtəlif məhsullar istehsal ediləcək, müəssisələrin tikintisi davam etdirilir və 4 rezident isə yeni istehsal sahələrinin yaradılması üçün layihələndirmə işlərinə başlamışdır.
“Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında dəyəri 1,2
milyard avro olan müqaviləyə əsasən Azərboru ASC-nin ərazisində tikiləcək 5 müəssisədən ibarət metallurgiya kompleksinin tikintisinə hazırlıq işlərinə başlanılmışdır.
Bu müəssisələrdə 2 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur. İnvestisiya qoyuluşu təqribən 2,3 milyard ABŞ dolları olacaqdır.
Şəhərdə aparılan məqsədyönlü işlərin nəticəsində aparıcı sahələrdə uğurların əldə olunması, iqtisadi göstəricilərin artması yerli büdcənin gəlir proqnozunun artıqlaması ilə icra olunmasına səbəbə olmuşdur. Büdcənin gəlir hissəsi 118 % yerinə yetirilmişdir. Yerli büdcəyə 3,2 milyon manat əlavə vəsit daxil olmuşdur.
Ölkə rəhbərinin müəyyənləşdirdiyi prioritet məsələlərdən biri kimi sosial müdafiəyə ehtiyacı olan əhalinin maddi rifah halının yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində cənab Prezidentin müvafiq sərəncam və fərmanlarından, tapşırıq və göstərişlərindən irəli gələn vəzifələrin icrasını şəhər İcra hakimiyyəti daim diqqətdə saxlayır.
Hesabat dövründə sosial yardıma ehtiyacı olan vətəndaşlara yardım verilməsi, pensiya və müavinatların vaxtında ödənilməsi davam etdirilmişdir. Ünvanlı sosial yardımla əlaqədar 7651 ailəyə 3824,2 min manat yardım təyin olunmuşdur.
Şəhər İcra hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmişdir. Mərkəzə 3905 nəfər işaxtaran müraciət etmiş və onlardan 1578 nəfər işlə təmin olunmuş, 609 nəfərə işsizlik müavinatı təyin edilmiş və 60 nəfər peşə kurslarına cəlb olunmuşdur. Ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 1110 ictimai iş yerləri açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində bu gün qaçqın və məcburi köçkünlər ölkəmizdə dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Onların mənzil-məişət problemlərinin həlli istiqamətində müvafiq işlər həyata keçirilir və bu məsələ daim dövlətimizin başçısının diqqətindədir. Artıq Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 936 mənzilin tikintisinə başlanılıb.
Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş 2017-ci il 9 mart tarixli müşavirədə bir sıra mühüm problemlərə toxunan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi tapşırıq Sumqayıt şəhərində uğurla icra olunur.
İndiyədək şəhərdə qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları inşa olunmayıb. Bu işlərə Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığından sonra start verilib. Belə ki, çoxmərtəbəli binaların tikilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən 12-ci mikrorayon ərazisində 2,8 hektar yer ayrılıb və hazırda həmin ərazidə böyük bir şəhərcik salınır. 2017-ci ilin fevral ayından tikintisinə başlanılan şəhərciyin 2018-ci ilin may ayında tam istifadəyə verilməsi planlaşdırılıb.
Şəhərcikdəki bunların altısı 8 mərtəbəli, ikisi 14, daha ikisi isə 15 mərtəbəli olacaq. Bu binalarda ümumilikdə 936 mənzil nəzərdə tutulub ki, onlardan da 278-i 3 otaqlı, 520-si 2 otaqlı, 138-i isə 1 otaqlı olacaq.
Kompleksin tikintisi başa çatdıqdan sonra şəhərin uşaq bağçalarında 200-dən artıq qrup boşalacaqdır. Bu da 2 mindən yuxarı uşağın bağçalara əlavə qəbul olunması və ya təqribən 12 yeni bağçanın tikintisi deməkdir.
Möhtərəm cənab Prezident İlham Əliyevin tapşırığı və yaxından köməyi sayəsində Şəhər İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə Sumqayıtda abadlıq-quruculuq, yaşıllaşdırma işləri, yeni sosial obyektlərin tikintisi və təmiri, şəhərin memarlıq və dizaynı baxımından müasir görkəmini saxlamaq şərti ilə iri miqyaslı layihələr icra olunmuş və bu işlər birinci yarımillikdə də aparılmışdır.
Zülfi Hacıyev küçəsində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün üç mərtəbəli yeni binanın, “Sumqayıt Bulvar”ı ərazisində Bayraq Muzeyinin, 500 metr uzunluğunda tərsanənin, Məhkəmə Kompleksinin, Şəhər Prokurorluğunun və Milli Bankın Ehtiyyat Fondunun binalarının tikintisi və Kimyaçılar Mədəniyyət sarayının əsaslı təmiri davam etdirilmişdir.
Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin görülməsi istiqamətində Metallurq Y.Məmmədov küçəsi Sülh küçəsindən başlayaraq sənaye zonasından keçməklə Bakı-Quba yoluna qədər 4,0 km uzunluğunda yenidən kompleks şəkildə əsaslı təmir olunur. Yolun hərəkət hissəsi genişləndirilir, hasarlar, piyada yolları kommunikasiya xətləri yenidən qurularaq yaşıllaşdırma işləri aparılır.
Novxanı-Sumqayıt yolunun əsaslı təmiri ilə əlaqədar “Bağlar” zonasında yolun genişləndirilməsi ilə əlaqədar hasarların, piyada yolların təmiri işləri aparılır. Küçə və yollarda köhnəlib, sıradan çıxmış 450 p/m səki daşları yeniləri ilə əvəzlənmişdir.
Koroğlu küçəsinin əsaslı təmirinə başlanmışdır.
H. Əliyev, Ü.Hacıbəyov, Z.Hacıyev, Niyazi, İ.Qayıbov, Babək, Bakı, S.Vurğun və 20 Yanvar küçələrində asfalt örtüyünün cari təmir işləri aparılmış, 235 min kvadrat metr asfalt örtüyü dəyişdirilmiş, 17300 p/m qranit , 11 min p/m beton bardur qoyulmuşdur.
S.Vurğun və C.Cabbarlı küçələrinin kəsişməsində yerləşən “Poeziya evi” guşəsi və “Alman məzarlığı” təmir olunmuşdur.
Şəhərin 1-ci, 5-ci, 8-ci, 9-cu, 11-ci mikrorayonlarında, 3-cü, 4-cü və 14-cü məhəllələrin ərazisində asfalt örtüyünün təmir işləri aparılmış, 160 min kvadrat metr asfalt örtüyü salınmış, 940 p/m beton bardur qoyulmuşdur.
“Acı Dərə” kanalının boruya salınması ilə əlaqədar onun məcrasının bir hissəsinin dəyişdirilməsi istiqamətində işlər aparılır.
Hesabat dövründə mənzil fondunun saxlanılması, dam örtüyünün yenidən qurulması, fasadların təmiri sahəsində xeyrli işlər görülmüşdür:
9-cu;10-cu;11-ci və 12-ci mikrorayonlarda 69 yaşayış binasında dam örtüyü metal-kirəmitlə əvəz edilmiş, 31 binada işlər davam etdirilir.
34-cü; 45-ci məhəllə və 9-cu mikrorayonda 12 yaşayış binasının fasadları təmir olunmuşdur. Bundan əlavə 16 yaşayış binasında 3460 kvadrat metr şifer, 25 binada 14800 kvadrat metr yumşaq dam örtüyü təmir edilmişdir.
Yaşayış binlarında 2485 kv.metr fasad hissəsində “Aqlay daşı” ilə üzlənmişdir.
86 yaşayış binasının pilləkən qəfəsləri əsaslı təmir edilmiş, 112 binada işlər davam edir.
135 binanın zirzəmisi məişət tullantılarından, 66-sı çirkab sulardan, 11-i isə qurunt sularından təmizlənmiş, 1348 binanın kanalizasiya xətti, 950 binanın su xətti cari təmir olunmuşdur.
Əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması şəhər rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Hesabat dövründə elektrik enerjisi, su, təbii qaz verilməsi və digər kommunal xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə bir sıra işlər həyata keçirilmişdir.
Hesabat dövründə qazanxanaların təmiri, yenidən qurulması, modernləşdirilməsi və yenilərinin tikintisi, məhəllədaxili və binadaxili istilik təchizatı sistemlərinin əsaslı təmiri və bərpası üzrə işlər davam etdirilmişdir.
Şəhərin təhsil müəssisələrində tədrisin, təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması, onun maddi - texniki bazanın möhkəmləndirilməsi, yuxarı sinif şagirdlərinin dərsə dəvamiyyəti ilə bağlı problemlərin aradan qaldırılması sahəsində müəyyən işlər görülmüşdür.
Buraxılış imtahanlarında iştirak etmiş 2600 nəfər 11-ci sinif şagirdindən 2234 nəfəri yəni 86%-i müvəffəq qiymət almışdır. Bu respublika üzrə yaxşı göstərici olmaqla yanaşı şəhərin ötən ilki göstəricilərinə nisbətən 3 faiz yuxarıdır.
Hesabat dövründə tibbi xidmətinin bütün sahələr üzrə yaxşılaşdırılması, xəstəliklərin profilaktikası, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətin, eləcə də ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, əlilliyin azaldılması və reabilitasiyası sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.
Tibb müəssisələrinin maddi - texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması, bina və həyətyanı sahələrdə abadlaşdırma işlərinin aparılması sahəsində tədbirlər görülmüşdür.
Hesabat dövründə mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəni - kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılması diqqət mərkəzində saxlanılmışdır.
Şəhərdə 28 idmаn növü üzrə 216 şəhər birinciliyi, çеmpionаtı, kütləvi bədən tərbiyəsi və idman tədbirləri kеçirilmişdir. Respublika və Bеynəlхаlq səviyyəli yаrışlаrdаn 481 mеdаl əldə еdilmişdir ki, bunlаrdаn 162-si qızıl, 144-ü gümüş, 175-i isə bürünc mеdаl olmuşdur.
Hesabat məruzəsi ətrafında çıxış edənlər bildirdilər ki, şəhərin sosial-iqtisadi inkişafında uğurla iştirak edən sumqayıtlılar fəal çalışaraq, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəklər.
Hesabat yığıncağında Prezident İlham Əliyevə müraciət qəbul olunub.