Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Şəhər icra Hakimiyyətində 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub.

23 iyun 2017 | 16:00

Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərinə ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan icra başçısı bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlət qulluqçularının peşə bayramı da məhz Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.
Qeyd olunub ki, Dövlət qulluqçularının peşə bayramı münasibətilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Sumqayıt şəhər icra hakimiyyətinin iki əməkdaşı - Əsgərov Firudin Nəriman oğlu “Tərəqqi” medalı ilə,  Məmmədov Rifat Nadir oğlu isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinəgörə bir qrup dövlət qulluqçusuna şəhər icra hakimiyyətinin fəxri fərmanları  təqdim edilib.

Keçidlər