Şriftin ölçüsü :

Saytın rəngi :

VI Muğam Televiziya müsabiqəsinin növbəti mərhələsi Sumqayıtda keçirildi.

26 may 2017 | 16:00

VI Muğam Televiziya müsabiqəsi öz rəngarəngliyi ilə davam edir. Layihə çərçivəsində təşkil olunan növbəti dinləmə Sumqayıt Dövlət Dram Teatrında keçirilib.
Əvvəlcə Sumqayıt şəhərində son illər reallaşdırılan layihələrdən, müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində reallaşdırılan layihələr barədə genış məlumat verildi.
Məlumat verildi  ki, muğam müsabiqəsinin keçirildiyi Sumqayıt Dövlət Dram Teatrı da məhz son illər əsaslı şəkildə təmir olunaraq şəhər sakinlərinin ixtiyarına verilib.
Sonra musiqi hadisəsinin ən dəyərli ənənəsinə yer verildi. Bu dəfə gənclərə örnək olacaq məşhur sənətkarımız – Şahmalı Kürdoğlunun yaradıcılığına nəzər salındı. Xanəndənin Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan ifası səsləndirildi.
Həftənin bazar ertəsi və cümə günü muğamsevərlərin görüşünə gələn 6-cı muğam televiziya müsabiqəsi nəinki ölkəmizdə, xaricdə də maraqla izlənilir. Sumqayıt Dövlət Dram Teatrının səhnəsində iddiaçılar Əliağa Vahidin qəzəllərinə oxunan muğam və təsnifləri dəyərli münsiflər heyyətinin, milyonlarla tamaşaçının ixtiyarına verdilər.
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Fondunun layihəsi əsasında reallaşan, 6-cı Muğam televiziya müsabiqəsi Azərbaycan televiziya və radiosu, Mədəniyyət kanalı vasitəsi ilə canlı yayımlanıb.

Keçidlər