Şriftin ölçüsü :

Saytın rəngi :

Hindistanın Azərbaycandakı səfiri Sumqayıt şəhərinə səfər edib.

25 may 2017 | 16:00

Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Sumqayıt şəhərində səfərdə olub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə  Azərbaycan – Hindistan əlaqələri çərçivəsində Sumqayıt şəhəri ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonağı salamlayaraq, şəhərin tarixi, sosial-iqtisadi inkişafı, son vaxtlar həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Z.Fərəcov Sumqayıtın bir sıra dünya şəhərləri ilə dostluq, əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.
Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Sumqayıtın Azərbaycan üçün önəmli olduğunu vurğulayaraq şəhərlə bağlı xoş təəssüratlarını bölüşüb.
Səfir Hindistanın hər hansı bir şəhəri ilə Sumqayıt şəhəri arasında dostluq və qardaşlıq əlaqələrinin qurula biləcəyini qeyd edib. Gələcəkdə tələbə mübadiləsi, müxtəlif sahələrdə təlim proqramlarının təşkili, mədəni tədbirlərin həyata keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını vurğulayıb.

Keçidlər