Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə anım tədbiri və ağacəkmə iməcilikləri keçirilib.

10 may 2017 | 16:00

Mayın 10-da Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib.
    Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, müasir Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildiriblər.
    Həmçinin şəhər icra hakimiyyətinin təşəbbüsü ilə mayın 10-da səhər saatlarından şəhərdə ağacəkmə aksiyası keçirilib, park və xiyabanlarda ağac və güllər əkilib.
Sumqayıtın inkişafından söz açarkən əvvəlcə şəhərin ötən əsrin 70-80-ci illərində keçdiyi inkişaf dövrü yada düşür. Çünki gənc Sumqayıtın ilk inkişaf mərhələsi məhz həmin dövrə təsadüf edir. Həmin illərdə ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyevin başlatdığı islahatlar, inkişaf strategiyası nəticəsində Azərbaycanın bütün şəhərləri kimi, Sumqayıt da dinamik inkişaf yoluna qədəm qoymuşdu. Bu baxımdan hələ sovet illərindən sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Ölkəmizə rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olub.
    Şəhərdə sənayenin, elmin və təhsilin, sosial həyatın coşqun inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılıb, yeni mikrorayonlar, yaşayış məhəllələri salınıb. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclik və sənaye şəhəri olan Sumqayıta çoxsaylı səfərlər edib. Bu səfərlər zamanı bir çox sənaye müəssisəsi açılıb.
   Bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib.

Daha sonra Sumqayıtdakı Heydər Əliyev Mərkəzində respublikanın incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı nümayiş olunub.

Keçidlər