Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

18 aprel 2017 | 16:00

Aprelin 18-də Sumqayıt şəhərində 2017-ci ilin birinci rübünün yekunları müzakirə olundu.
Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.
Qeyd olunub ki, şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 291,0 milyon manat və ya 119,0 faiz təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,5 milyon manat və ya 19,0 faiz çox məhsul istehsal olunmuş və xidmət göstərilmişdir.
Sənaye məhsulunun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq  202,3 milyon manat olmuş, məhsul istehsalı 28,5 milyon manatdan çox artmışdır. Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət neft sektorunun payı 85,0 faizdən çox olmuşdur.
Tikinti-quraşdırma işlərinin həcmi ötən ilin müvafiq dövrü səviyyəsində, yəni 9,0 milyon manat həcmində olmuşdur.
Həyata keçirilən tədbirlər nəticəsində 1853 yeni iş yerləri açılmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.
Şəhər ərazisində yerləşən 1364 çoxmərtəbəli yaşayış binalarından 825-i zirzəmili, 439 binada şaxtalar mövcuddur. Həmin binaların şaxtalarında baş vermiş qəzalar mütamadi olaraq aradan qaldırılmış, 386 binanın zirzəmisi təmir olunmuş və  qurudulmuşdur.
Büdcənin gəlir hissəsi 133 faiz yerinə yetirilmişdir. Yerli büdcəyə 2,3 milyon manat əlavə vəsait daxil olmuşdur.
Ölkə rəhbərinin yaxından köməyi sayəsində şəhərdə əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüş, şəhərdaxili mövcud xırda tutumlu, istismara yararsız, ekoloji baxımdan primitiv nəqliyyat vasitələrinin çox hissəsi xətlərdən çıxarılmış, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan müasir sərnişin avtobusları gətirilərək marşrut xətlərinə  buraxılmışdır.  Bu sahədə işlər davam etdirilir.
Şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, təlim-tərbiyənin yaxşılaşdırılması ilə bağlı problemlərin aradan qaldırılması sahəsində müəyyən işlər görülmüşdür.
Uşaq bağçalarında istilik sistemi tam bərpa olunmuş, bütün bağçalar isti su ilə təmin edilmiş, ərazq təminatı məsələsi ciddi nəzarətə götürülmüşdür. Uşaqların təlim-tərbiyə məsələsinə xüsusi fikir verilmişdir. Bağçalara normadan artıq uşaq qəbulunun qarşısı alınmışdır. Daxili imkanlar hesabına bağçalarda təmir işlərinə başlanılmışdır.
Hesabat dövründə səhiyyə xidmətinin bütün sahələr üzrə yaxşılaşdırılması, xəstəliklərin profilaktikası, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətin, eləcə də ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, əlilliyin azaldılması və reabilitasiyası sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.
2017-ci ilin I rübündə mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri, maddi - texniki bazasının möhkəmləndirilməsi, mədəni - kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılması diqqət mərkəzində saxlanılmışdır.
Hesabat məruzəsi ətrafında çıxış edənlər bildirdilər ki, cari ilin birinci rübündə həyata keçirilən layihələr, qazanılan uğurlar ili layiqincə sona çatdırmaq üçün etibarlı zəmin yaradır.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Keçidlər