Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətində İsveçrə şirkətlərinin rəhbərləri ilə görüş keçirildi.

04 aprel 2017 | 16:00

İsveçrənin “FRIKE GROUP” şirkətinin rəhbəri Andre Keller, kosmetika və yuyucu vasitələr cəmiyyətinin direktoru Berin Klötta Sumqayıt şəhərində səfərdə olublar. Səfər çərçivəsində qonaqları Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul edib.

Qonaqlara Sumqayıt şəhəri haqqında ətraflı məlumat verən şəhər rəhbəri bildirib ki, hazırda Sumqayıt şəhərinin 67 yaşı var. Gənclik şəhəri olmasına baxmayaraq burada bir zamanlar iri kimya sənayeləri mövcud idi.

Lakin istismar müddətini başa vuran bu müəssisələrin yerində hazırda yeni sənaye zonaları inşa olunur. Bu da şəhərin iqtisadiyyatına güclü təkan verməklə yanaşı işsizlik problemini də aradan qaldırır.

Qeyd olundu ki, hazırda Sumqayıt şəhərində iqtisadiyyatın müxtəlif istiqamətlərində,  o cümlədən kimya sənayesi sahəsində   investisiyalar üçün böyük potensial mövcuddur. Eyni zamanda investorlar üçün cəlbedici güzəştlər vardır.

Qonaqlar şəhər rəhbərinə səmimi qəbula görə təşəkkürlərini bildirdilər və şəhərdə son dövrlər əldə olunan uğurları görməkdən məmnun olduqlarını qeyd etdilər. İsveçrə ilə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində aktiv fəaliyyəti yüksək qiymətləndirərək münasibətlərin daha da möhkəmləndirilməsinin, qarşılıqlı investisiyaların vacib olduğunu vurğuladılar. 

Sonda qonaqlar şəhərdə fəaliyyət göstərən müəssisələrlə yaxından tanış olublar.

Keçidlər